Xəbər lenti

Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı (YENİLƏNİB)
İdman 17:01 01.03.2021

Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı (YENİLƏNİB)

Bu gün səhərdən Kataloniya polisi klubda yoxlanış keçirir. Bu, eks-prezident Josep Maria Bartomeuya qarşı açılan rüşvət almada ittiham olunara BarçaGate işi üzrə keçirilir.

 

Qaynarinfo FCB AZE-yə istindala bildirir ki, istintaqa görə, o, öz şəxsi mənafeyi üzrə fərqli razılaşmalara imza atıb.

 

Xatırladaq ki, BarçaGate iddia edir ki, Bartomeu Uruqvayda yerləşən I3 Ventures şirkəti ilə razılaşmaya əsasən, şirkət Bartomeunun özünə düşmən bildiyi insanların diskreditasiyasını etmək üçün süni hesablar yaradıb və bu prossesi aparıb. Onlar arasında Xavi, Puyol, Messi, Pique, Guardiola, Benedito, Laporta, Font kimi adlar çəkilir.


15:00 

 

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.


Qaynarinfo xəbər verir ki, bu barədə "Cadena SER" nəşri məlumat yayıb.

58 yaşlı funksioner bu gün səhər saatlarında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir.

Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Qeyd edək ki, polis səhər saatlarından "Barselona"nın ofislərində araşdırma aparıb.

 
14:23

"Barselona”da xoşagəlməz hadisə yaşanıb.

Qaynarinfo xəbər verir ki, polis klubun ofisində axtarış aparıb.

Hüquq-mühafizə orqanının bir neçə əməkdaşı iş günü başlayandan "Barselona”nın ofisindədir. Axtarışların səbəbi açıqlanmır. Ehtimal edilir ki, buna səbəb La Liqa təmsilçisinin sosial şəbəkələrdəki fəaliyyətidir.

Qeyd edək ki, martın 7-də "Barselona”nın prezident seçkiləri keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->