Video 25.01.2022

Polis bu iki qızı axtarır (VİDEO)

Abşeron rayonunda itkin düşən iki qadın axtarılır.

Qaynarinfo xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, Əsədova Jalə Elşən qızı ötən il iyun ayının 21-i, doğum günü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

J.Əsədovanın əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşludur.

Polis tərəfindən axtarışa verilən digər şəxs isə Ağayeva Elvira Mərdan qızıdır. O, Yeni il gecəsi evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb. Onun boyu 165 sm, kök bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?