Ölkə 20:00 08.03.2018

Polis şöbəsində intihar: Dindirilən şəxs özünü aşağı atdı

Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü aşağı atıb.

Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.