Polisləri “zibil” adlandıran azərbaycanlı qız axtarışa verildi (VİDEO)
Milad bayramı ərəfəsində avtomobili ilə iki polis patrulunu vuran Lvovun azərbaycanlı sakini Elnarə Abiyeva haqqında yeni məlumat yayılıb. Belə ki, Elnarə 4 il ərzində yol hərəkatını pozduğuna və asəsan də onda narkotik keflənmə əlamətləri müşahidə olunduğuna görə 13 protokol tərtib edilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı Elnarə, xidməti vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşlarına bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Məsələ ilə bağlı artıq onun yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilib. Buna baxmayaraq Elnarə polis bölməsinə yaxınlaşmayıb.
Gələn həftə ilə E. Abiyeva ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Belə ki, o istintaqdan yayınmağa davam etsə, o, axtarışa veriləcək.
Bununla yanaşı, qadının Azərbaycana və ya İtaliyaya gedə biləcəyi də istisna olunmur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər