Pompeo İraq və Livan olaylarına görə İranı günahlandırdı: 254 ölü

Pompeo İraq və Livan olaylarına görə İranı günahlandırdı: 254 ölü

ABŞ Dövlət katibi Mayk Pompeo İraq və Livanda şiddətli etirazlara səbəb olan problemlərə görə İranın məsuliyyət daşıdığını deyib.

Qaynarinfo xəbər verir ki, ölkəni bürüyən korrupsiya, işsizlik və dövlət xidmətlərinin yarıtmazlığı kimi səbəblərlə başlayan etirazlara diqqət çəkən Pompeo İraq və Livan xalqının ölkələrinə yenidən sahib çıxmaq istədiklərini bildirib.

"Bu ölkələrin vətəndaşları İran rejiminin inqilab adı altında ixrac etdiyi tək şeyin korrupsiya olduğunu görürlər. İraq və Livan xalqının İranın ruhani lideri Əli Xameneyinin təsirindən qurtarmağa haqqı çatır”, - dövlət katibi deyib.

Xatırladaq ki, iraqlılar ölkənin müxtəlif yerlərində işsizlik, korrupsiya və dövlət xidmətlərinin yoxluğuna etiraz olaraq aksiyalar keçirirlər. 1 oktyabrda ölkədə hərəkətə keçən fəallar 25 oktyabrda Erbain mərasimləri səbəbiylə ara verdikləri nümayişləri bərpa ediblər.

Birləşmiş Millətlər Təşkilatının İraq Missiyası oktyabrın 1-dən bəri nümayişlərdə 254 nümayişçinin öldüyünü və minlərlə insanın yaralandığını açıqlayıb.
Livanda isə iqtisadi problemlər və yeni vergilər üzündən oktyabrın 17-də başlayan etirazlar yeni texnokrat hökumətin qurulması tələbi ilə davam edir.

Baş nazir Saad əl-Həriri hökuməti oktyabrın 21-də ölkənin iqtisadi böhranını yüngülləşdirmək üçün bəzi qərarlar qəbul etsə də, bu qərarlar etirazları dayandıra bilməyib. Bundan sonra Həriri 29 oktyabrda Prezident Mişel Avna istefasını təklif edib. Avn Həriridən yeni hökumət qurulana qədər vəzifəsinə davam etməyi istəyib.

Alpər
XƏBƏRLƏR
BLOGLAR