Ukrayna Prezidenti Petro Poroşenko Ali Radanın parlament fraksiyalarının uzlaşma şurasında çıxışı zamanı yenilənmiş imici ilə iştirakçıları təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, bu haqda Strana.ua-nın məlumatında deyilir. Jurnalistlər siyasətçinin yeni saç düzümünə, bahalı yeni geyimlərinə - Fransız Louis Vuitton-dan kostyum və loaferlərə və ən əsası - üzündəki dəyişikliklərə diqqət çəkib.
Beləliklə, mütəxəssislər Petro Poroşenkonun plastik cərrahiyyə qərarı verdiyini bildiriblər.
"Həmkarlarım - plastik cərrahlar - Poroşenkonun üzünə baxanda əllərimiz bu əməliyyatı etmək üçün qaşınırdı. Və nəhayət kimsə... ona gözünün altındakı torbalardan qurtulmasına kömək edib", - ulduz plastik cərrah Sergey Derbak təəssüratlarını bölüşüb.
Alpər
Şərhlər