Ukraynanın sabiq prezidenti Petro Poroşenko sələfi Vladimir Zelenskiyə rusiyalı həmkarı Vladimir Putinlə üz-üzə görüşməməyi tövsiyə edib.
Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, sabiq prezident bu barədə «Украинская правда» qəzetində bloq yazısı ilə çxış edib. O, Zelenskiyə Putinə etibar etməməyi məsləhət görüb.
"Mən sizə Putinlə üzbəsurət görüşməməyi tövsiyə edərdim, lakin o, KQB manipulyasiyalarından istifadə edə bilər", - deyə Poroşenko yazıb. Sabiq prezident həmçinin Parisdəki görüşdə qaz sazişlərini müzakirə etməməyi məsləhət görüb. Çünki Moskva Kiyevi asılı vəziyyətə salmaq üçün sazişi öz şərtlərinə uyğun imzalamağa məcbur edə bilər.
Eyni zamanda Poroşenko hesab edir ki, Ukrayna tərəfi Minsk razılaşmalarına qətiyyətlə əməl etməlidir. O, BMT-nin sülhməramlı qüvvələrinin Donbas ərazisinə daxil olmasının tərəfdarıdır.
Qeyd edək ki, dekabrın 9-da Parisdə Normand formatı çərçivəsində görüş keçiriləcək. Görüşdə Putin və Zelenski ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel də iştirak edəcəklər. Danışıqların əsas mövzusu Donbasdakı münaqişənin həlli və mövcud razılaşmaların həyata keçirilməsidir.
Camal
Şərhlər