Portuqaliya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırdı (VİDEO)

Portuqaliya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırdı (VİDEO)

Portuqaliyanın "Original features” kinoşirkəti tərəfindən "Story of Khojali” filmi ekranlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Filmin prodüserliyini isə portuqaliyalı rejissor, prodüser Andre Badalo edib.

Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.

Filmin qəhrəmanlarını aktrisalar Aygün Fətullayeva və Natəvan Abbaslı canlandırıblar. Bəstəkarı Emil Həşimov olan filmin musiqisində etnosəslərə və milli musiqi aləti tara üstünlük verilib.

Xatırladaq ki, "Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar "Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR