Sənət 18:10 26.11.2018

Prezident 3 nəfərə "Əməkdar müəllim" adı verdi

Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar müəllim” fəxri adı verilib:

Kraynova Valentina Serqeyevna
Manafova Ülviyyə Azər qızı
Səttarova Səadət Qüdrət qız