KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində "Futbol+”in də olduğunu xəbər vermişdik. Bu gün "Futbol+” kollektivi KİVDF-nin qərarına etiraz olaraq növbəti dəfə aksiya keçiriblər.
Qaynarinfo komanda.az-a istinadən xəbər verir ki, qəzetin kollektivi İçərişəhər metrosunun qarşısında toplaşaraq, Prezident Administrasiyasının qarşısına yürüş etmək istəyib, amma onların bu istəyi baş tutmayıb. Müdaxilə edən polislər aksiya iştirakçılarını Prezident Administrasiyasının qarşısına getməsinə mane olub və onları uzaqlaşdırıblar. Sadəcə, iki nəfərə – baş redaktor və redaktora Prezident Administrasiyasına getmək üçün icazə veriblər.
Bundan başqa, polis işçiləri aksiyanı işıqlandırmaq istəyən iki jurnalistə qarşı zorakılıq göstərərək, bölməyə aparıb.
Şərhlər