Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hipodromda atdan yıxılıb.
Qaynar.info-nun Türkiyənin FOX TV telekanalına istinadən verdiyi məlumata görə, Berdıməhəmmədov ölkədə qeyd olunan at bayramı ilə keçirilən hipodromda qəza keçirib. Əvvəlcə xalqın qarşısında atını şaha qaldıran prezident tamaşaçılardan böyük alqış alıb. Lakin qaçış cıdırında at sürərkən finişi keçən zaman Berdıməhəmmədov atdan yıxılıb.
Qaynar.info
Şərhlər