Xəbər lenti

Prezident generalı ehtiyata buraxdı (SƏRƏNCAM)
Ölkə 12:11 25.12.2017

Prezident generalı ehtiyata buraxdı (SƏRƏNCAM)

Daxili Qoşunların generalı ehtiyata buraxılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş. Xəlilovu "DİN-in Fəxri Fərmanı” ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ş. Xəlilov 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini Qərargah rəisi vəzifəsinə təyin edilib. O, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->