Xəbər lenti

Prezident ipoteka ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi
Ekonomiks 15:02 21.06.2021

Prezident ipoteka ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qaynarinfo-nun xəbərinə görə, dəyişikliklə qanuna yeni 43.7-1-ci maddə əlavə olunub.

Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->