Xəbər lenti

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
Ölkə 19:12 13.11.2018

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

"Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri 

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti
Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyi bu sərəncamla edilən dəyişiklik barədə Yaponiya tərəfinə bildiriş göndərəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->