Ölkə 11:16 10.04.2021

Prezident onu təltif etdi (SƏRƏNCAM)

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın "Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, Sərəncama əsasən, Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev səfir Erkan Özorala "Dostluq” ordenini təqdim edib.