Xəbər lenti

Prezident parlamentin buraxılması barədə danışdı:
Ölkə 16:28 02.12.2019

Prezident parlamentin buraxılması barədə danışdı: "Yaxın gələcəkdə..."

"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq".

Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, bunu Prezident İlham Əliyev Dilarə Seyidzadəyə "Şərəf" ordenini təqdim edərkən deyib.

Prezident bildirib ki, ölkəmizin hər yerində islahatlar, o cümlədən struktur islahatları aparılır: "Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->