Ölkə 15:00 08.08.2020

Prezident Şahbaz Muradovu təltif etdi

Şahbaz Musa oğlu Muradov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 

Qaynarinfo-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Qeyd edək ki, avqustun 10-da iqtisadçı, AMEA-nin müxbir üzvi, professor Şahbaz Muradovun 80 yaşı tamam olacaq.