Mart ayında keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli İsam Əbdülmuhsin Sehid Əhməd prezident seçiləcəyi təqdirdə Kəbəni Misirə köçürəcəyini söyləyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, lazımi sənədləri olmaması səbəbindən prezidentliyə namizədliyi qəbul edilməyən Seyid Əhməd 20 millət vəkilinin dəstəyi və 15 vilayətdən 25 min vətəndaşın imzası ilə yenidən namizədliyini irəli sürə biləcəyinə inandığını bildirib. O, mart ayında keçiriləcək seçkilərdə qalib gəldiyi təqdirdə Kəbəni Səudiyyə Ərəbistanından Misirə köçürəcəyini vəd edib.
Qeyd edək ki, prezidentliyə ən uğurlu namizəd kimi Əbdülfəttah əs-Sisi görünür. Belə ki, bu vaxta qədər Misir Parlamentinin 596 deputatından 516-sı onun siyasətini dəstəkləyir.
Şərhlər