Mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada olublar.
Qaynarinfo xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verilib.
Qeyd olunub ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.
Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.
Şərhlər