Ölkə 12:59 13.05.2021

Prezident və ailə üzvləri Şuşada Yuxarı Gövhərağa məscidində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlərlə bağlı məlumat verilib.