Prezidentdən Bakı-Sumqayıt yolundakı tıxacla bağlı tapşırıq (VİDEO)
"Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, qatar da işləyir. Vətəndaşların bir hissəsi qatardan istifadə etsə də, yenə tıxaclar olur"
Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən deyib.
Dövlət başçısı tıxacların aradan qaldırlması üçün Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova tapşırıq verib. Prezident bildirib ki, yolun genişləndirilməsi üçün layihə hazırlansın.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər