Xəbər lenti

Ölkə 13:43 31.10.2020

Prezidentdən Türkiyənin F-16-ları ilə bağlı açıqlama

"Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar".

Qaynarinfo-nun xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

"Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmır", - dövlət başçısı əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?