Siyasət 20:31 28.03.2013

Prezidentdən yeni səfir təyinatı


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Malayziyada yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaynar.info xəbər verir ki, sərəncamla Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Tahir Pirəli oğlu Kərimov Azərbaycan Respublikasının Malayziyada, Bruney Darüssalamda və Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Qaynar.info