Prezidentin köməkçisi: “Əhaliyə çağırışımız var”

Prezidentin köməkçisi: “Əhaliyə çağırışımız var”

"Nəqliyyatda sıxlıq var. Metro artıq 1 aydan çoxdur ki, bağlıdır. Bu da avtobuslarda sıxlığa səbəb olur”.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, buna görə böyük həcmdə işlər görülür: "Artıq bir dənə də avtobusun qarajda qalmaması məqsəd kimi qarşıya qoyulub. İkincisi, yollara nəzarət tədbirləri görülür. Burada əhaliyə çağırışımız var. Günün ikinci yarısında bu sıxlıqlar daha çox olur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsin. Bu bizə həddən çox kömək edər. Bununla həm vətəndaş özü rahat olacaq, həm də virusun yoluxmasının qarşısını almağa kömək edəcək. Avtobuslarının sayını artırmaqla isə virusun qarşısını almaq mümkün olmayacaq”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR