İranın rəsmi xəbər agenetliyi İRNA-nı ziyarət edən prezidentin birinci köməkçisi İsak Cahangiri ölkədəki korrupsiya halları ilə bağlı açıqlamalar verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, İranın yüksək dairələrinin də korrupsiyaya bulaşdığını və vaxtında bununla mübarizə aparılmadığını deyib.
"Əgər dövlət qurumlarını rüşvətə bulaşdıranlara qarşı vaxtında mübarizə aparılsaydı, ölkədəki fəsadlar bu qədər yayılmaz və xalq da bədbinliyə qapılmazdı. Təəssüf ki, ölkədəki korrupsiya hallarının qarşısı vaxtında alınmadı və bəzi dairələr ölkəni rüşvətə bulaşdırdılar", - deyə o, bildirib.
Qeyd edək ki, korrupsiya iddiaları uzun müddətdir ölkənin gündəmindədir və buna görə icraedici hakimiyyətlə məhkəmə hakimiyyəti bir-birlərini ittiham edirlər.
Şərhlər