Ölkə 11:20 16.01.2021

Şahmar Mövsümov karantin rejiminin yumşaldılmasının səbəbini açıqladı

"Pandemiyanın ikinci dalğasının aşağı hissəsindəyik. Bu proses ümid edirik ki, bir neçə həftə davam edəcək və ondan sonra sabitləşəcək".

Qaynarinfo xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, sonrakı mərhələdə yenə də yoluxmaların sayının artması mümkün ola bilər: "Bunun qarşısını almaq üçün vaksinasiyadan istifadə ilə mümkün ola bilər. Brifinqin ikinci hissəsində vaksinasiya barədə danışılacaq. Yoluxma əmsalının 31 %-dən 5%-ə enməsi bizə imkan verdi ki, karantin rejimində yumşalmaya gedək".