Xəbər lenti

Prezidentin köməkçisi rayonlarımıza edilən hücumların sayını açıqladı
Ölkə 10:24 21.10.2020

Prezidentin köməkçisi rayonlarımıza edilən hücumların sayını açıqladı

Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

- Tərtər - 423 mərmi

- Ağdam - 49 mərmi

- Ağcabədi - 24 mərmi 

- Goranboy - 2 mərmi

- Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->