Xəbər lenti

Professor dünənki yürüşlə bağlı şərh verdi: “Bu, nəticəsiz qalmayacaq...”
Ölkə 11:30 15.07.2020

Professor dünənki yürüşlə bağlı şərh verdi: “Bu, nəticəsiz qalmayacaq...”

"Yürüş mitinqi müəyyən qədər koronavirusun yayılmasına təkan verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, iyulun 14-də gecə saatlarında keçirilən yürüş mitinqi karantin rejiminin ciddi pozulmasıdır:

"Vəziyyət çox pis olacaq. Karantin yumşaldılandan sonra böyük bir yoluxma potensialı baş verdi, eyni ilə axşam keçirilən yürüş-mitinq də nəticəsiz qalmayacaq. Maskasız, sosial məsafə gözləmədən, hamı bir-birinin ağzının içində... Görüntülərə baxdım. Düzgün deyil, bu, karantin rejiminin ciddi pozulmasıdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->