Xəbər lenti

Psixoloq Sinarev varlı olmağın yolunu açıqladı
Dünya 13:28 13.04.2021

Psixoloq Sinarev varlı olmağın yolunu açıqladı

Psixoloq Dmitri Sinarev varlı, ya kasıb olmağın çox vaxt insanın öz həyatına və pula münasibətindən asılı olduğunu deyib. Hətta burada pulun miqdarı da rol oynamır. Ekspert deyir ki, hətta obyektiv olaraq firavanlıq içində yaşayan insanlar belə özlərini yoxsul hiss edirlər.

Qaynarinfo xəbər verir ki, Sinarev "Praym”a bunun səbəbi haqda danışıb və deyib ki, səbəb insanların həyatlarından davamlı narazılıq hissi yaşamalarıdır.
 
Adamlar çox vaxt özlərini başqası ilə müqayisə edirlər. Başqa bir insan tipi "divan mübtəlaları”dır ki, ağıllı sözlərdən işə, qurban obrazından aktiv həyat mövqeyinə keçməyənlər.

Psixoloq pulun həyatımızı dəstəkləməyə sərf etdiyimiz enerjinin maddi ekvivalenti olduğuna əmindir. "Dünya ilə ünsiyyətimiz bir çox cəhətdən biliklərimizin, bacarıqlarımızın, zehni gücümüzün qaytarılmasıdır", - deyə mütəxəssis əmindir. Onun sözlərinə görə, mənəvi, emosional təşviq formaları ilə yanaşı biz qarşılığında pul da alırıq.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->