İdman 13:15 28.10.2021

PSJ-nin futbolçusu işıqforun qarşısında soyuldu

PSJ-nin futbolçusu Ander Herrera xoşagəlməz hadisə ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Le Point" nəşri məlumat yayıb. Xəbərə görə yarımmüdafiəçi PSJ-nin stadionu olan "Parc des Princes"in yaxınlığında soyulub. Gecə saatlarında işıqforun qırmızı işığında gözləyərkən futbolçunun avtomobilinə bir qadın minməyə çalışıb. Bundan sonra avtomobildəki pul kisəsi və mobil telefonun oğurlandığı iddia edilib. Futbolçu oğurlanan telefonunu geri qaytarması üçün oğrunu istədyi ünvana çatdırmaq məcburiyyətində qalıb. 

Bir müddət öncə Parisdə Lionel Messinin qaldığı oteldə də oğurluq hadisəsi yaşanmışdı. PSJ-nin futbolçuları Mauro İkardi, Dani Alveş və Anhel Di Mariyanın da evləri matç zamanı soyulmuşdu.

Səbuhi Həsənov