Kataloniyanın sabiq prezidenti Karles Puçdemon İspaniya hökümətinə müraciət ünvanlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Puçdemon hökümətinə 23 yanvar tarixinə qədər Kataloniyaya dönmək icazəsinin verilməsini tələb edib.
Qeyd edək ki, ötən günlərdə keçirilən parlament seçkilərində Puçdemonun rəhbərlik etdiyi partiya qalib gəlib və müstəqillik tərəfdarı koalisiya höküməti qurmaq hüququ əldə edib.
1 oktyabr tarixində keçirilmiş müstəqillik referendumundan sonra 27 oktyabrda təktərəfli müstəqillik elan edilmiş, İspaniya höküməti Kataloniyanın muxtariyyətini ləğv etmiş, parlamenti buraxmışdı. Puçdemon və 4 nazir Belçikaya qaçmaq məcburiyyətində qalmışdı.
Gülşən
Şərhlər