Ölkə 16:00 19.01.2020

Pul insanın ömrünü uzadırmış

İmkanlı insanların "sağlam" ömür müddəti kasıb insanlara nisbətən orta hesabla 9 il artıqdır.

Qaynarinfo fed.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya və ABŞ alimlərinin tədqiqatında məlum olub.

10 il davam edən tədqiqatlarda həyat səviyyəsi, rifah halı, sağlamlıq və onun insanların  həyatına təsiri araşdırılıb. Nəticədə məlum olub ki, 50 yaşdan sonra ən varlı kişilər orta hesabla daha 31 il yaşayırlar. Ən kasıb təbəqələrə aid olanlarda isə kişinin ömrü 50 yaşdan sonra orta hesabla 22-23 il davam edir.

İmkanlı qadınlar isə 50 yaşdan sonra orta hesabla daha 33 il yaşayırlar. Kasıb qadınlarda isə bu müddət 24-24,6 il arasındadır. Başqa sözlə hər iki halda kasıb və varlıları arasında ömür müddəti fərqi 9 il təşkil edir.