Dünya 11:14 03.12.2019

Pulitzer mükafatçısı Robert Massey vəfat etdi

Pulitzer mükafatlı ABŞ tədqiqatçısı Robert Massey 91 yaşında vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Associated Press” məlumat yayıb. 
 
Məlumata görə, yazıçı Arvingtondakı (Nyu York ştatı) evində dünyasını dəyişib. Yaxınları yazıçının Alzeymer xəstəliyindən əziyyət çəkdiyini bildirib. 
 
Maseyin ən məşhur əsəri "Nikolay və İskəndər" kitabıdır. Rusiya imperatoru II Nikolaydan bəhs edən kitab 1967-ci ildə nəşr edilib. 
Ümumiyyətlə Massey Rusiya tarixinə dair bir neçə kitabın müəllifi olub.
 
Karyerasının böyük bir hissəsini Romanov sülaləsinin öyrənilməsinə həsr etmiş Massey "Nikolay və Aleksandra. Bioqrafiya" kitabından başqa, "Böyük Yekaterina: Bir qadının portreti", "Böyük Pyotr: həyatı və dünyası", "Romanovlar - Son Fəsil" və digər əsərlərin müəllifidir. II Nikolay və həyat yoldaşı Aleksandr haqqında kitabı Hollivudda lentə alınıb. Film iki "Oskar” mükafatı alıb. 1981-ci ildə Massey Pulitzer mükafatına layiq görülüb.
 
Alpər