Dünya 11:01 04.08.2020

Puşkov: "Bu, Bjezinskinin planı idi, indi də həyata keçirilir...”

"Bu, Zbiqnev Bjezinskinin planı idi və indi də həyata keçirilir. Rusiyaya qarşı komplekslərə mübtəla olan Polşa elitası, şübhəsiz ki, sevinir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib. Onun fikrincə, Vaşinqton və Varşava arasında Polşada Amerika hərbi kontingentinin artırılmasını təmin edən müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı imzalanmış saziş ölkənin Rusiya Federasiyasına qarşı plasdarma çevrilməsinin sübutudur.

Puşkovun fikrincə, ABŞ hakimiyyət orqanları Polşa ərazisinə nüvə silahları da yerləşdirə bilər: 

"ABŞ nüvə başlıqlarını Almaniyadan (orada bundan heç xoşhal deyillər) Polşaya gətirəcək və polyaklar bunu sevinc nümayişləri ilə qarşılayacaqlar. Bunun Polşa üçün nə qədər lazımlı və faydalı olacağı bir başqa məsələdir. Ölkə getdikcə ABŞ-ın Şərqi Avropadakı aparıcı plasdarmına  çevrilir".

Alpər