Rusiya prezidenti Vladimir Putin güc strukturlarının 9 generalını işdən çıxardıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
İşdən çıxarılanlar arasında general-leytenant Sergey Didenko (FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayorlar İrina Zeybert (İstintaq Komitəsi sədrinin baş köməkçisi), Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini), Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) və başqalarının adı var.
Şərhlər