Dünya 16:00 24.09.2020

Putin andiçmə münasibətilə Lukaşenkonu təbrik etmədi

Rusiya lideri Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenkonu andiçmə mərasimi münasibətilə təbrik etməyib. 

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, beynəlxalq əlaqələrin tətbiqinin bu cür təbriklərə ehtiyac olmadığını əlavə edib.

"Belə bir şey mütləq deyil”, - İnterfaks Peskovun andiçmə mərasimi ilə bağlı suala verdiyi cavabdan sitat gətirib. Peskov daha əvvəl Putinin Lukaşenkonu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etdiyini xatırladıb və bunu Soçidəki son görüşlərində həm telefonla, həm də şəxsən etdiyini deyib.

Xatırladaq ki, 1994-cü ildən bəri Belarusa rəhbərlik edən Lukaşenko 23 sentyabrda Minskdə əvvəlcədən elan edilməmiş, gizlincə keçirilən andiçmə mərasimindən sonra vəzifəsinə başlayıb. Bundan sonra İngiltərə Xarici İşlər Naziri Dominik Raab Lukaşenkonun "gizli" andiçmə mərasiminin "nüfuzunu daha da aşağı saldığını" söyləyib. Lukaşenkonun özü daha sonra deyib ki, administrasiyası Qərb ölkələrini dövlət başçısının andiçməsi barədə xəbərdar etmək məcburiyyətində deyil, çünki bu, Belarusun daxili işidir.
 
Alpər