Rusiya Prezidenti Vladimir Putinin bu il ərzində ən çox telefon danışığı apardığı ölkə başçılarının adı açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə "Komsomolskaya Pravqa" qəzetinin jurnalisti Dmitri Smirnov bildirib.
Putin bu il ərzində ən çox Ərdoğanla telefon əlaqəsi yaradıb. Liderlər 19 dəfə telefon danışığı aparıb və əsas müzakirə məsələsi Suriya və Yaxın Şərq olub. Putin Fransa Prezidenti Emmanuel Makronla 13, Qazaxıstan lideri Nursultan Nazarbayevlə 11, İsrail Baş naziri Benyamin Netanyahu ilə 10, Almaniya kansleri Angela Merkel ilə 8 dəfə telefon danışığı aparıb.
Ermənistan baş naziri ilə 6, Belarus lideri Aleksandr Lukaşenko ilə 5 dəfə telefon əlaqəsi yaradıb. Putin Azərbaycan, Türkmənistan, Özbəkistan liderləri ilə isə 3 dəfə telefonda danışıb.
Putin ən az ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Pyotr Poroşenko ilə telefon danışığı aparıb
Şərhlər