Video 08:59 07.03.2020

Putin evlilik təklifi aldı (VİDEO)

Rusiya Prezidenti Vladimir Putin maraqlı hadisə ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı İvanovo şəhərinə səfəri zamanı evlilik təklifi alıb. Belə ki, Prezidentin şəhər sakinləri ilə görüşü zamanı gənc bir xanım ona evlilik təklif edib.

Kütlə arasından "Mənimlə evlənin” deyən qız Putinə yaxınlaşıb. Bunu maraqlı təklif adlandıran Putin həmin xanımla bir müddət söhbət edib. Həmin xanım Putinə öz şəklini də verib.