Dünya 17:31 05.12.2021

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sabah Hindistan gedəcək.

Qaynarinfo xəbər verir ki, Putini səfərdə xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu müşayiət edəcək.

Dünyanın diqqətində olacağı gözlənilən səfər çərçivəsində Rusiya lideri Hindistan Baş naziri Narendra Modi, xarici işlər naziri Subrahmanyam Caişankar və müdafiə naziri Racnat Sinqhlə görüşəcək.

Səfər zamanı müdafiə sahəsində əməkdaşlıq və Çinə qarşı tərəfdaşlıq məsələlərinin prioritet olacağı gözlənilir.