Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək.
Modern.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb.
Bildirilib ki, bundan əvvəl Rusiya Prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.
Şərhlər