Rusiya prezidenti Vladimir Putin hər il olduğu kimi bu il də təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Putin jurnalistlərdən birinin sualına lətifə ilə cavab verib:
"Çox geniş yayılan bir lətifə var. Keçmiş bir zabit oğlundan soruşur:
- Burada bıçaq var idi, hardadı?
- Əsəbiləşmə, mən onu qonşunun uşağından aldığım saatla dəyişdirdim
- Saatı göstər. Bəli, gözəldi. Əgər sabah yanımıza bir mafia gəlsə, məni və ananı öldürsələr, bacına təcavüz etsələr nə olacaq? Onlara, "Axşamınız xeyir, Moskva vaxtı ilə saat 12:30-dur", deyəcəksən?"
Salonda hamı prezidentin lətifəsinə gülüb və ardınca isə Putin hərbiyə daha çox pul xərcləyəcəklərini bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin ilk belə mətbuat konfransı 2001-ci ildə G8 zirvəsindən öncə, iyulun 18-də keçirilib. Konfranslar təxminən 3 saat davam edir. Ən uzun tədbir 2008-ci ildə baş tutub və 4 saat 40 dəqiqə davam edib. Bu il 13-cü mətbuat konfransını keçirən Putinə sual ünvanlamaq üçün 1640 jurnalist akkreditasiyadan keçib.
Şərhlər