Xəbər lenti

Putin SSRİ ssenarisini işə salır
Siyasət 21:28 03.11.2018

Putin SSRİ ssenarisini işə salır

 "Rusiya prezidenti Vladimir Putin işğal edilmiş Krımın ilhaqının Qərb ölkələri tərəfindən tanınacağına artıq ümid etmir. O, yarımadaya Baltikyanı ölkələrə SSRİ vaxtında verilən statusa analoji status hazırlayır”.

Publika.az xəbər verir ki, bu haqda siyasi ekspert, beynəlxalq hüquq mütəxəssisi İrina Vereşuk "ObozTV”-nin efirində söyləyib.

Onun sözlərinə görə, Putin ona nail ola bildi ki, Krım məsələsi Qərblə Rusiyanın bütün danışıqlarında artıq yoxdur.

"Putin bizi Donbasdakı problemlərə fokuslamaq istəyir. Krımın göstərildiyi heç bir danışıqlar prosesi yoxdur. Krım yalnız Qərbin sanksiyalarındadır. Əgər Putin Donbasda güzəştə edəcəksə, onda Krıma görə sanksiyalar aradan qaldırılacaq”, - o deyib.

Ekspert Sovet İttifaqının tarixini xatırladıb:

"ABŞ SSRİ-nin dağılmasına kimi Baltikyanı ölkələri onun tərkibində tanımırdı. Onlar hətta ABŞ ərazisində öz nümayəndəliklərinə malik idilər. Həmçinin, Krımla bağlı da eyni şeyi etmək istəyirlər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->