Dünya 17:12 05.04.2019

Putin Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

Qaynarinfo xəbər verir ki, iclasda Suriyadakı vəziyyət və İsrailin Baş Naziri Benyamin Netanyahunun Moskva ziyarəti müzakirə edilib. 

Qeyd edək ki, ABŞ Qolan Təpələrini İsrail ərazisi kimi tanıyandan sonra Vladimir Putin Netanyahuya yaranan gərgin vəziyyətin həlli üçün plan təqdim edib. 

Netanyahu ötən gün Kremldə Putinlə görüşmüşdü.

Gülşən