Rusiya prezidenti Vladimir Putin Sankt Peterburqda yerləşən marketdə törədilən terror aktından sonra açıqlama verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 13 nəfərin yaralandığı partlayışı terakt kimi qiymətləndirən Putin "Yüzlərlə, minlərlə terrorçu ölkəmizə təlim keçəndən sonra geri qayıtsa necə olacaq? Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə terrorçuları həbs edən zaman qanuna uyğun davranmağı xatırlatmışam. Lakin təhlükəsizlik əməkdaşlarının həyatına təhlükə yaranarsa, terrorçuların həbs edilməsini yox, öldürülməsini əmr etmişəm" fikirlərini səsləndirib.
Gülşən
Şərhlər