Almaniyanın Hamburq şəhərində keçirilən "Böyük 20-lik" ölkələrinin sammitində bir araya gələn Rusiya və ABŞ liderlərinin mətbuatdan gizli qeyri-rəsmi görüş keçirdikləri məlum olub.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Ağ Ev nümayəndəsi rəsmi görüşdən sonra Vladimir Putin və Donald Trampın axşam yeməyində bir daha bir araya gəldiklərini iddia edib. Görüşün vaxtı və mövzusu barədə heç bir məlumat verməyən şəxs Putin və Trampın 2-ci dəfə bir yerə gəlməsi barədə iddiaları təsdiq etmiş oldu.
Bundan əvvəl "Eurasia Group" adlı siyasi analitika şitkətinin rəhbəri Bremmer bu iddianı irəli sürmüş və görüşdə ancaq Putinin tərcüməçisinin olmasını tənqid etmişdi.
Qeyd edək ki, 7 iyulda gerçəkləşdirilən söhbət zamanı Suriyada atəşkəs, Şimali Koreya, miqrant məsələsi və s. mövzular müzakirə edilmişdi.
Gülşən
Qaynarinfo.Az
Şərhlər