Xəbər lenti

Putindən miqrantlara sərt qadağa
Dünya 13:53 12.12.2013

Putindən miqrantlara sərt qadağa

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət ünvanlayıb. 

Müraciətində bır sıra məsələlərlə yanaşı, miqrantlarla bağlı problemlərə toxunan prezident bəzi təkliflər səsləndirib.

AzNews.az xəbər verir ki, prezident qanunları pozan miqrantlara tətbiq edilən qadağa müddətinin 10 ilə qədər artırılmasının istəyib. Putinin fikrincə, bu, miqrasiya qanunvericiliyinə əməl edilməsi sahəsində ciddi irəliləyiş əldə edilməsinə səbəb ola bilər. Xatırladaq ki, hazırda bu qadağa 3 ildir. 

Prezidentin müracitində ofşor şirkətlərə vergi tətbiqi, orta gəlirli ailələrin mənzil şəraitinin yaxşılaşdırılması kimi məsələlər də yer alıb. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->