Dünya 16:20 08.06.2018

Putindən Suriya etirafı: "Bu bizim üçün əla fürsət idi"

Rusiya prezidenti Vladimir Putin Suriya ilə bağlı etiraf edib.

Qaynarinfo "Times"a istinadən xəbər verir ki, dövlət başçısı ölkəsinin Suriya müharibəsinə müdaxiləsini ordunun döyüş hazırlığını artırmaq və yeni silahları sınaqdan keçirmək üçün əla fürsət olduğunu bildirib:

"Döyüş meydanında silahlı güclərimizdən istifadə etmək əvəzsiz təcrübədir. Silahlı qüvvələrimizi inkişaf etdirmək üçün bu əvəzsiz fürsət oldu. Heç bir təlim döyüş meydanında güc tətbiq etməklə müqayisə oluna bilməz. Kağız üzərində yeni silahlara sahib olmaq yaxşıdır. Amma bu silahların necə işlədiyini təcrübədə görmək başqa şeydir. Zabitlərimiz və generallarımız müasir silahlı müöarizənin ən demək olduğunu anlamağa başladılar". 

"Times"ın xəərinə görə, Rusiya rəsmiləri Moskvanın Suriya mübaribəsinə qoşulduğu 2015-ci ildən indiyədək 200-dən artıq yeni silahı sınaqdan keçirdiyini bildirib.

Xəbərdə həmçinin bildirilir ki, Suriya insan haqqları təşkilatları Rusiya ordusunun məktəblər, xəstəxanalar və insanların məskunlaşdığı məhəllələri hədəf alan hava hücumları zamanı 1761-i uşaq olmaqla 6100 nəfər dinc sakin həlak olub. Moskva isə hava hücumlarının dinc sakinlərin ölümünə səbəb olması ilə bağlı iddiaları rədd edir.