Dünya 17:17 21.09.2020

"Putinə yaxın" rusların ABŞ banklarında gizli əməliyyatları üzə çıxdı

ABŞ Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Nazirliyinin (FinCEN) Rusların beynəlxalq sanksiyalara baxmayaraq, həyata keçirməyi bacardığı şübhəli əməliyyatlar barədə gizli məlumatlara çıxış əldə edilib.

Qaynarinfo bildirir ki, "Dojd” telekanalının "Vostoçnye Novosti”yə istinadən verdiyi xəbərə görə, araşdırmaçı jurnalistlər konsorsiumu (ICIJ) və "BuzzFeed News” sənədlərə giriş əldə ediblər.

Sənədlərə görə, əməliyyatlar beş ən böyük Amerika bankı - JPMorgan, HSBC, Standard Chartered Bank, Deutsche Bank və Bank of New York Mellon vasitəsilə həyata keçirilib.

Bəzi əməliyyatlardan faydalananlar Rusiya Prezidenti Vladimir Putinə yaxın sayılan böyük iş adamları, siyasətçilər və ictimai xadimlərdir.

Nəşrlərdə, xüsusən, Putinin müşaviri Valentin Yumaşevin milyarder Alişir Usmanova məxsus "Epion Holdings Limited” kompaniyasından altı milyon dollar aldığı iddia edilir.

Jurnalistlər sənədlərdə Putinin dostu və böyük qızının xaç atası, violençelist Sergey Rolduqinə istinadlar da əldə edib. 2010-cu ilin oktyabrında Rolduqinə bağlı "Sandalwood Continental” şirkətinin Kiprdə yerləşən "Dulston Ventures”dən 830.000 dollar aldığını iddia edirlər.

Siyahıda prezidentin dostlarından biri, "Londonda Barclays bankından pul yuyub sanksiyalardan yayınmaq üçün istifadə edə bilən” Arkadi Rotenberq və iş adamı Oleq Deripaska da yer alıb.

İstintaq şübhəli əməliyyatların həmişə qanun pozuntusuna dəlalət etmədiyini vurğulayır. Eyni zamanda, banklar özləri artıq məxfi məlumatların açıqlanması qorxusu səbəbindən hesabatlarında daha ehtiyatlı ola bilərlər.
 
Alpər