Xəbər lenti

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlandı
Dünya 23:01 16.04.2021

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə qazancı açıqlanıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən il Putin 9,994 milyon rubl qazanc deklarə edib.

Məlum olub ki, Rusiya Prezidenti 2020-ci ildə 2019-cu illə müqayisədə 270 min rubl çox qazanıb.

Kremlin saytı Rusiyanın dövlət başçısı, Prezident Administrasiyasının işçiləri və ailə üzvlərinin gəlirləri barədə məlumatları da açıqlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->