Putinin qızını boşayan Şamalovun sərvəti əlindən alındı

Putinin qızını boşayan Şamalovun sərvəti əlindən alındı

Rusiya prezidenti Vladimir Putinin rəqqasə və iş qadını olan qızı Katerina Tikhonova əri Kiril Şamalovdan ayrılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün boşanmasına səbəb Şamalovun prezidentin qızına xəyanət etməsi olub. Belə ki, onun bir müddət öncə Böyük Britaniyada yaşayan rus əsilli Zxanna Volkova ilə münasibətlərinin olduğu ortaya çıxmışdı.

Prezident qızı ilə ailə qurduqdan sonra sıfırdan 1,3 milyard dollarlıq sərvətin sahibi olan Şamalovun ötən ilin aprel ayında boşandıqdan sonra "Sibur" qaz və neftkimya şirkətindəki 4,3 faiz hissəsindən imtina etməyə məcbur edildiyi iddia edilib.

Hazırda 800 milyon dollarlıq sərvətin sahibi olan Şamalovun boşanmadan sonra "milyarder" adından məhrum olduğa da iddialar sırasındadır.

Qeyd edək ki, iki qızı olduğu bilinən Rusiya prezidenti illərlə övladlarını mətbuatdan gizlətmiş, lakin son illərdə möhtəbər xəbər agentlikləri nənəsinin soyadını götürmüş Tikhonovanın Putinin qızı olduğuna dair xəbərlər yaymışdı.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR